Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Aİİ-də “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib


Newscenter.az.31.01.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkil etdiyi “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlər iştirak ediblər.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru cənab Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edib.

O, müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini dr. Adem Yıldırım “İslam hüququnun tədrisinin aktual problemləri” mövzusundakı məruzəsində Türkiyədə İslam hüququnun tədrisindən bəhs edərək, mövcud problemləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini dr. Muhammet Ali Yazıbaşı “Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili” mövzusunda çıxışında Türkiyədə universitetlərində və orta məktəblərdə din tədrisi barədə geniş məlumat verib.

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dos. Elnurə Əzizova “Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – İslam dini kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müəllimi Aygün Kərimova “Azərbaycanda tarixən dinə münasibət və din təhsili” mövzusunda məruzəsində ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən bəhs edib. Tədbir məruzələrdən sonra, mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Xəbəri paylaş