Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub

Rusiyanın bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub


Newscenter.az.1.02.2019. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. AQTA-dan Newscenter.az-a daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.
Orxan
Xəbəri paylaş