Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız Türkiyənin 30 Avqust Zəfərini öz qələbəsi kimi qəbul edir

Xalqımız Türkiyənin 30 Avqust Zəfərini öz qələbəsi kimi qəbul edir


Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri də 30 avqust zəfər bayramıdır. Atatürkün Türkiyəni parçalamağa cəhd edən böyük dövlətlərə qarşı apardığı mübarizə dünya tarixinə düşüb və Atatürkün böyüklüyünü bir cümlə ilə ifadə edəcəm.

İngiltərə baş naziri Devid Lloyd Corcun parlamentdəki çıxışı zamanı deyib: "Əsrlər nadir hallarda dahi yetişdirir. Baxtsızlığımıza baxın ki, o dahi bu əsrdə türk millətindən çıxdı və bizim qarşımıza durdu. Mustafa Kamalın dühasına qarşı nə etmək olardı?"

Bu tarixi Zəfər Azərbaycanda bu gün qeyd edilir. Rəsmi və qeyri rəsmi səviyyədə Türkiyəni təbrik edirlər və böyük Qələbə münasibətilə təbrik edirlər.

Bu günlərdə o dövrə aid sənədlər oxuyurdum. Siz demə təkcə biz Türkiyənin Zəfər günün Azərbaycan müstəqil olandan öncə, Sovet işğalının ilk illərində də əhali olaraq qeyd etmişik.

Əlbəttə Nəriman Nərimanovun yardım kompaniyasının təşkil etməsi, Azərbaycan SSRİ-nin Türkiyədə səfiri İbrahim Əbilovun fəaliyyətin, Cümhuriyyət ordusunun əsgərlərinin döyüş bölgələrində olması, Türkiyənin ilk bank sisteminin Azərbaycandan gedən yardımlar hesabına qurulması və sairə barədə kifayət qədər yazılar olub. Çox dəyərli tarixçilər, Nəsiman Yaqublu, Ədalət Tahirzadə, Dilgam Ahmed və digərlərinin bir birindən gözəl araşdırmaları var bu barədə.
Lakin mənim diqqət çəkdiyim məqam 1922-ci il 30 Avqust Zəfərinin bir müddət sonra Bakı, Gəncə, Şəki, Şuşa, Naxçıvan kimi şəhərlərimizdə gizli qeyd edilməsidir.

Türk ordusunun 30 avqustd yunanları darmadağın etməsi xəbəri Bakını və Azərbaycanı xilas etməyə gəlmiş Qafqaz İslam ordusunu görmüş, onlarla ünsiyyətdə olmuş hər kəsin sevincinə səbəb olub.
Bu qələbə münasibətilə bu şəxslər evlərində gizli şəkildə şirniyyatlar paylayır, bir-birlərini təbrik edirdilər.
Eşitdiyim və oxuduğum məlumatlara əsasən "Zəfər halvası" bişirən ailələr məscidləriədə qələbəyə görə kütləvi şəkildə şəhid türk əsgərlərinin ruhuna dualar oxundu. Türkiyəyə köməyə gedən şəxslərin ailələri xüsusilə öz yaxınları üçün Quran oxuyurdu.

"Çırpınırdı Qara dəniz" -mahnısı ziyalıların dilindən düşmürdü həmin günü. Ailələr müxtəlif geyimlər və pul yardımı etmək üçün, xüsusilə kimsəsiz qalan uşaqlara dəstək üçün toplaşmış idilər. Qadınlar "Zəfər" payı adı altında sırğalarını, üzüklərini və gümüş kəmərlərini yardım üçün verirdilər.Nuru Paşanın əsgərlərindən şəhid olanların ruhuna rəhmət oxunurdu.

O dövrdə hələ də repressiya qurbanı olmayan ziyalıların sevinci barədə o qədər yazmaq olar. Çünki O, şəxslərin qəlbində Nuru Paşa böyük iz qoyub getmiş idi. Bu bir daha göstərir ki, Azərbaycan xalqı onlara vaxtilə yardıma gələn Türk əsgərlərini unutmayıb və onların qələbəsini öz qələbəsi kimi qəbul edib.

Azərbaycan xalqı Türkiyənin 30 Avqust Zəfərini öz qələbəsi kimi qəbul etdiyi kimi, Türkiyə də Azərbaycanın 8 Noyabr Vətən Müharibəsi Zəfərini eyni qürurla bölüşür.

Tanrı heç bir zaman müharibə bu iki dövlətə qismət eləməsin. Biz elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qələbələr qeyd edək.

Prof.Dr. Zaur Əliyev
Xəbəri paylaş