Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün məni əsassız olaraq ittiham edənlər....

Bu gün məni əsassız olaraq ittiham edənlər....


Devid Seliverstov: "Vaxtilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən "Amnesty International", "Fredoom House" və digər təşkilatlarla birlikdə fəaliyyət göstəriblər"

Başda hüquq müdafiəçisi Novella Cəfəroğlu olmaqla bəzi şəxslərin Azərbaycanın xəritəsinin "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin loqosunun içərisində təsvir olunmasını tənqid etməsinə, onların haqsız iradlarına sözügedən təşkilatın rəhbəri Devid Seliverstov aydıblıq gətirib.

Newscenter.az-ın xəbərinə görə, Devid Seliverstov deyib ki, rəhbərlik etdiyi cəmiyyətin loqosunun söl hissəsində Azərbaycan bayrağı əks olunub:

"Bildiyiniz kimi, "Magen David Azerbaijan"ın simvolu qartaldır. 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra düşündük ki, ən gözəl qartal Azərbaycan Respublikasının bütöv xəritəsidir. Bunu İsrail dövləti, yaxud bayrağına bağlamaq gülünc məsələdir. Bizim cəmiyyət Dövlət Reyestrindən keçib, vergi ödəyicisiyik, möhürümüz var. Novella xanım artıq hüquqlarla yox, emosiyalarla danışır. Allah ona can sağlığı versin".

Devid Seliverstov ona qarşı bəzi media resurslarında aparılan kampaniyanın arxasında kimlərin dayandığına da aydınlıq gətirib. Bildirib ki, şou xarakterli yazılar onlara mənfəət gətirir:

"Mən bunları faktlarla sübut edirəm və bundan sonra da faktlara söykəınib danışacam. Eyni zamanda məhkəməyə müraciət edəcəm. Çünki məhkəmənin ədalətli və şəffaflığına inanıram. Eyni zamanda bəziləri kimi Azərbaycana qarşı qərəzli kampaniya aparan. xüsusi xidmət orqanlarından maliyyələşən saxta hüquq müdafiə təşkilatlarına müraciət etmək fikrində deyiləm. Bu gün məni əsassız olaraq ittiham edənlər vaxtilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən "Amnesty International", "Fredoom House" və digər təşkilatlarla birlikdə fəaliyyət göstəriblər. Onların bunu hansı məqsədlər üçün etdiyini bilirəm və hüquq-mühafizə orqanlarına da bununla bağlı müraciət etmişəm".

Devid Seliverstov Azərbaycana qayıtmayacağı barədə iddiaları da təkzib edib.

Süleyman
Xəbəri paylaş