
"Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verən olay sıradan bir hadisə deyil"
Newscenter.az xəbər verir ki, bunu politoloq Arzuman Muradlı deyib. O bildirib ki, baş verən hadisə Azərbaycan tərəfini növbəti dəfə təxribata cəkmək cəhdidir:
"Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiyanın bəzi media resurslarında da rus "ekspertlər" tərəfindən Azərbaycanı aşağılayan fikirlər əksini tapmışdı. İndi isə Rusiya şovinizmi bir qədər də irəli gedərək diplomatik nümayəndəliyimizi hədəf alıb".
Arzuman Muradlı deyir ki, bütün bu təxribatların səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsi və regionun lider dövlətinə çevrilməsidir:
"Həmçinin, burada Ukrayna amili də var. Bildiyiniz kimi, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar edir ki, bu da Rusiyanı heç bir əsas olmadan qıcıqlandırır. Azərbaycan istənilən ölkəyə humanitar yardım edə bilər və Bakının bu xoşməramlı missiyasına heç bir qüvvə təsir göstərə bilməz. Rusiya yaxşı olar ki, Azərbaycana qarşı təxribat xarakteri daşıyan addımlar atmaq əvəzinə, normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə üstünlük versin".
Politoloq deyib ki, Kreml Azərbaycana qarşı təxribatlardan çəkinməlidir.
Süleyman











































