Newscenter.az.4.02.2019. “Deyəsən bəzi yeni məmurlar "islahat" konsepsiyasına soldan giriblər. Deməli Dövlət Avtomobil Nəqliyyat Xidməti sələflərini geridə qoymaqda israrlıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri media eksperti Səbuhi Abbasov səsləndirib. O, bildirib ki, Bakıə Beynəlxalq Avtovağzalının əsas dayanacağı (arxa giriş) təmirə bağlanıb, üzbəüz, təxminən 1 hektara, bəlkə də çox olan yerdə, tör-töküntü hasardan ibarət yerdə dayanacaq yaradılıb:
“Dayanacağıq özü Mozambik avtovağzalını xatırladır. Adamlar girişə şlaqbaum qoyub dövlətdən tam gizli şəkildə qaz vurub, qazan doldururlar”.
Səbuhi Abbasov qeyd edib ki, ərazidə özbaşınalıq, üfunət, dərbəylik əvvəlki dönəmlərdən azı 10 dəfə artıqdır:
“Sadəcə bu kiçik kağız parçası bu quruma rəhbərlik edən şəxsin və şəxslərin bütün təfəkkürünü, aparılan islahatlara yanaşmasını tam çılpaqlığı ilə ortaya qoyur. Susmaq, görməməzlikdən gəlmək əslində xəyanətlərin ən iyrəncidir. Ölkə başçısı artıq yol xəritəsini müəyyən edib. Bu yolda ən yaxın köməkçiləri bizlərik”.