Newscenter.az.4.02.2019. Niderlandda fəaliyyət göstərən Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Leeuvarden şəhərində Xristian Demokrat Partiyasının təmsilçisi Anton Vijkhuijslə görüşüb.
Bu barədə Newscenter.az-a məlumat verən Elxan Mirhəşimli deyib ki, söhbət zamanı Niderlandda yaşayan Azərbaycan icması ilə bu ölkənin siyasi partiyaları ilə əməkdaşlığı gücləndirmək, iki xalqın bir-birini yaxindan taniması üçün mədəniyyət günlərinin təşkil edilməsi kimi məsələlır müzakirə edilib:
“Bu proseslərdə yerli media ilə sıx əməkdaşlıq etmək niyyətində olduğumuzu da bildirdim. Regionda gedən proseslərdən, bir çox mövzuda söhbətimiz oldu». Elxan Mirhəşimli deyib ki, Anton Vijkhuijs iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda yeni iş yerlərinin açılmasında maraqlı olduğunu bildirib”.
Elxan Mirhəşimli deyib ki, görüş zamanı turizim və iqtisadi maraqların inkişaf etdirilməsi üçün Bakıda Niderland Konsulluğunun açılmasını təklif edib: “Sonda əməkdaşlıgın davam etməsinin zəruriliyi vurğulandı və xatirə hədiyyəmizi təqdim etdik”.