Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb


Newscenter.az.4.02.2019. Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq”.

Onun sözlərinə görə, mülayim şimal küləyi gündüz saatlarında cənub küləyi ilə əvəz olunacaq: “Havanın temperaturu paytaxtda günorta saatlarında 7-9, bölgələrdə 9-14, dağlıq ərazilərdə 3-7 dərəcə isti olacaq”.
Xəbəri paylaş