Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumtəhsil müəssisələrində Gənclər Günü qeyd edilib

Ümumtəhsil müəssisələrində Gənclər Günü qeyd edilib


Newscenter.az.4.02.2019.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, paytaxt məktəblərində Gənclər Günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, “Açıq dərs”, mühazirə və seminarlar, həmçinin məktəblilərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub.
Tədbirlərdə 1997-ci ildə imzalanan sərəncama əsasən, hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Tədbirlərdə şagirdlərə, həmçinin zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub. Ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşdüyü bildirilib.

Tədbirlər şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
R.Mehdiyeva
Xəbəri paylaş