Newscenter.az.5.02.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində yanvar ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə Prezidentinin Sərəncamı əsasında Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov xarici universitetlərlə əlaqələrin qurulmasının, tələbələrin yay tətili zamanı xarici ölkələrdə təşkil ediləcək məktəblərdə iştirakı istiqamətində görülən işlərdən bəhs edib.