Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı

 AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı


Newscenter.az.5.02.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında
İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Müzakirələrdən sonra agentliyin rəhbərliyi və İctimai Şura üzvləri tərəfindən səsləndirilən problemlərin həllinin tapılması və həyata keçirilməsi barədə müvafiq razılıq əldə olunub.

İclasın sonunda AZTA rəhbəri Nahid Bağırovun və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayevanın Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədrinin müvinləri seçilməsi barəqə qərar qəbul olunub. Qeyd edək ki, İctimai Şuranın sədri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovdur
Xəbəri paylaş