Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumu

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumu


Newscenter.az.5.02.2019. “Kaspersky Lab”ın apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanda iş üçün fərdi kompüterdən istifadə edənlərin 41%-i onu parol ilə müdafiə etmir. Paroldan istifadə edənlərin 47%-i isə onu dəyişmədiyini etiraf edib. Parolların yaradılmasına gəldikdə hər ikinci respondent (47%) tam yeni kombinasiya fikirləşir.

Parolların qorunması məsəsləsinə isə Azərbaycanın korporativ istifadəçilərin yanaşması birmənalı deyil: sorğu iştirakçılarının 57%-i parolları yadda saxlamağa üstünlük verdiklərini, 10%-i onu kağız üzərində yazdığını, 7%-i parolu kompüterdə açdığı faylda saxladığını, 1%-i isə parolları qorumaqla yanaşı onların yaradılmasında da köməklik edən xüsusi proqramlardan yararlanır.

“Çox vaxt parollara istifadəçinin şəxsi kibertəhlükəsizliyinin vacibliyi nöqteyi-nəzərdən yanaşırlar, lakin bu, həm də istənilən təşkilatın təhlükəsizliyinin tərkib hissəsidir. Sorğumuza əsasən, Azərbaycanda istifadəçilərin 15%-i korporativ məlumatları – login və parolları – texniki dəstəyə cavabdeh olmayan digər əməkdaşa ötürdüklərini etiraf edib. Bunula belə, korporativ hesabın məlumatlarını digər əməkdaşlara ötürən istifadəçilər sonda parollarını dəyişməyib. Bu, onu göstərir ki, müasir təşkilatların rəhbərliyinin qarşısında duran məsələlərdən biri də əməkdaşlara kibertəhlükəsizliyin əsaslarını öyrətməkdir. Burada insan faktoru olduqca vacib rol oynayır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda təmsilçisi Müşviq Məmmədov bildirib.

“Kaspersky Lab” parolların idarə edilməsi baxımından istər fərdi, istərsə də korporativ hesabların sındırlması riskini azaltmağa imkan verən bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir:

* hər bir xidmət və ya hesab üçün müxtəlif parollardan istifadə edin;

* bütün iş və şəxsi parollarınızı ən azı 3 aydan bir dəyişin;

* 10-12 simvoldan, o cümlədən rəqəmlər və müxtəlif dil sırasından olan hərflərdən, həmçinin, xüsusi simvollardan ibarət etibarlı parollar yaradın;

* parolları kağız üzərinə və ya kompüterdə yaradılan sənədlərə yazıb saxlamayın – bunun üçün ən yaxşısı parolların idarə edilməsi üzrə xüsisi proqramlardan istifadə edin;

* Hesabların təhlükəsizliyi üçün hazırda bir çox xidmətin təklif etdiyi ikiamilli avtorizasiyadan istifadə etməsinə dəyər.

Korporativ hesablar üçün paraolların yaradılması və təhlükəsiz saxlanmasını “Kaspersky Small Office Security” kimi etibarlı proqramlar təmin edə bilər. Bu həll bütün parollar üçün müdafiə olunan vahid baza təqdim edir və onları yaratmağa və təhlükəsiz saxlamağa imkan yaradır – sadəcə bir master-parolu yadda saxlamaq kifayətdir. Bundan başqa, “Kaspersky Small Office Security” kompüter, fayl server, planşet və smartfonları intertendə hücüm, onlayn maliyyə fırıldaqçılığı, hədələyici proqram və məlumat itkisindən kompleksli şəkildə müdafiə edir.
Xəbəri paylaş