Newscenter.az.5.02.2019. Microsoft” korporasiyasıkibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində “Gilan Holding” ilə yeni korporativ müqavilə (“Enterprise Agreement”) imzalayıb və bununla da rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib.Azərbaycanın ən iri holdinqi sayılan “Gilan” hazırda “Microsoft”un ən son texnologiyalarından istifadə edərək süni intellekt və sürətli idarəetmə sürətinin optimallaşdırılması sahələrində uğur qazanmağa imkan verir.
Newscenter.az xəbər verir ki, sazişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır.
“Biz “Microsoft” şirkəti olaraq ölkənin ən böyük özəl strukturlardan biri olan “Gilan Holding”lə əməkdaşlığa başlamaqdan məmnunuq. Üzərimizə götürdüyümüz öhdəlik eyni zamanda “Azure” vasitəsilə süni intellekt xidmətlərini təmin etməklə və rəqəmsal transformasiya köməyi ilə beynəlxalq rəqabətqabiliyyətini artırmaqla holdingin müxtəlif biznes portfellərinin idarəolunmasını asanlaşdıracaq. Əməkdaşlığımız məhsuldarlığı və efektiv idarəetmənin inkişafına gətirib çıxaran informasiya texnologiyalarına olan inam səviyyəsini artırmaq məqsədini daşıyır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
IDC-nin məlumatına görə, son bir neçə ilərzində kibercinayətkarlığın səviyyəsi misli görünməmiş miqyasa çatıb və müxtəlif müəssisələrdə bir sıra İT-infrastruktura dəymiş ziyanın həcmi təxminən 400 milyard ABŞ dollarına bərab olub. Kibercinayətkarlar qeyri-qanuni maliyyə mənfəəti üçün zərərli proqramlar yaradır və məlumatların oğurlanması, casusluq və ya digər cinayət əməllərini həyata keçirirlər. Bu səbəbdən saxta və ya lisenziyasız proqramları istifadə edən təşkilatlar riskə məruz qalır.
MDB ölkələri hazırda rəqəmsal transformasiya dövrünü yaşayırlar. Bu prosesinçətin olmasına baxmayaraq, ölkə iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycanda İKT iqtisadiyyatın qeyri-neft sektorunda prioritet sahələrindən biridir. “Gilan Holding” Azərbaycan iqtisadiyyatının əsas iştirakçılarından bir olaraq, informasiya texnologiyalarını da rəqəmsal transformasiya prosesinin prioritetlərindən biri hesab edir.
«“Microsoft”lasözügedən sənədin imzalanması “Gilan Holding”ə texnologiya inkişafında yeni səviyyəyə keçid prosesində yüksək nailiyyətlər əldə etməyə imkan verəcək», - deyə “Gilan Holding”in İnformasiya texnologiyaları üzrə direktoru Nizami Mansurov qeyd edib.
“Microsoft” ilə müqavilənin ratifikasiyası “Gilan Holding”in rəqəmsal transformasiyaya doğru ilk qlobal addımıdır. “Azure”/”Cloud” məhsul və öhdəliklərini nəzərə alan bu saziş özündə informasiya texnologiyaları sahəsində dövlət siyasətini və pirat proqramından imtinanı əks etdirir.
“Microsoft”un texnologiyalarınabiznes proseslərin şəffaflığı, proqnozlu analitika və orijinal proqram təminatından istifadə edərək informasiya sistemlərinin etibarlılığına, o cümlədən lazımsız İT-risklərdən, kiberhücumlardan və şəxsi məlumatların oğurlanmasından müdafiəyə zəmanət verən texniki dəstək daxildir.
Hazırda “Gilan Holding” hibrid və bulud həlləri əsasında “Azure”dan istifadə etməklə idarəetmə üçün süni intellekt xidmətlərini təqdim edir. Bundan başqa, sözügedən yeni sistemlər kadrların inkişafına kömək edəcək və yeni texnologiyaların faydalarını maksimum dərəcədə artıracaq.