Newscenter.az.5.02.2019. Fevralın 5-də gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb magistral su xəttində təmir-bərpa işlərinin aparılmasıdır.