Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər gender bərarərliyinə dair qanunvericiliklə bağlı maarifləndirilir

 Gənclər gender bərarərliyinə dair qanunvericiliklə bağlı maarifləndirilir


Newscenter.az.6.02.2019. “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!” layihəsi davam edir. Newscenter.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.

Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcək. Ümumilikdə doqquz təlimi əhatə edən, 3 ay müddətində davam edəcək layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunacaq. Layihənin növbəti təlimləri Şabran rayonu 5 saylı tam orta məktəbdə keçirilib. Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndiriliblər. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi. Müzakirələrdə aktiv olan 10 gənc diplomla təltif olundu. Qarşıdakı günlərdə təlimlər Şabran rayon Şahnəzərli kəndində davam edəcək.

Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.
Xəbəri paylaş