Newscenter.az.6.02.2019. Milli Olimpiya Komitəsində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində iştirak edəcək məktəb direktorları ilə görüş keçirilib.. MOK-un mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, görüşdə 49 məktəbin direktoru, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak edib.
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.
Tədbirdə iştirak edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov, Bakı şəhər Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək işlər, məktəblərin rol və vəzifələrindən danışıblar.
Tədbir ölkələrin Bakı şəhər məktəbləri arasında bölgüsünü təşkil etmək üçün püşkatma ilə yekunlaşdı.