Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident zəlzələnin fəsadlarının araşdırılması ilə bağlı tapşırıq verib

Prezident zəlzələnin fəsadlarının araşdırılması ilə bağlı tapşırıq verib


Newscenter.az.6.02.2019. "Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub".

"Report"un zəlzələ bölgəsinə ezam olunan Şirvan bürosunun müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb: "Yalnız 3 nəfər həyəcanlanıb, hadisə yerindən uzaqlaşmaq istəyərkən xəsarət alıb. Onlardan ikisinin ayağı, digərinin isə qolu sınıb. Hazırda həmin şəxslərin müalicəsi davam edir. Ümumiyyətlə, belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub".

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: "Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".
Xəbəri paylaş