Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İRƏLİ”dən yeni layihə

“İRƏLİ”dən yeni layihə


Newscenter.az.6.02.2019. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə XI qrant müsabiqəsinin qalibi Azər Əmirovun “Mənim Peşəm” adlı fərdi layihəsi həyata keçiriləcək. Newscenter.az xəbər verir ki. layihənin təşkilati tərəfdaşı qismində “İrəli” İctimai Birliyi çıxış edir.

Layihənin əsas məqsədi ənənəvi peşə sahələrinin gənclər arasında təbliği, gənclərə düzgün ixtisas seçimində təlimlər vasitəsi ilə yardımçı olmaqdır. Əsas istiqaməti yuxarı sinif şagirdlərinə peşə seçimində açıq səhnə yaratmaq və onlara seçim prosesini izah edərək müxtəlif peşə sahələrinin üstünlüklərini çatdırmaqdır.
“Mənim Peşəm” layihəsi yeniyetmə gənclər üçün keçiriləcək və maarifləndirici təlimlərdən ibarət olacaq. Layihə çərçivəsində 9 fevral Qəbələ rayonunun Vəndam kənd məktəbində və 10 fevral Balakən rayonunda məktəblilərə təlim keçirilməsi planlaşdırılıb.

2 gün davam edəcək təlimlərdə ümumilikdə 60-dan artıq gəncin iştirakı nəzərdə tutulub. Təlimlər Malik Bağırov və Şahin Rəhmanlı tərəfindən həyata keçiriləcəkdir.
Xəbəri paylaş