Newscenter.az.8.02.2019. Oyuncaqları ilə oynamağa başı qarışan beş yaşlı Leyla atasının çığırtısına diksinib başını qaldırdı.Qonşu otaqdan atasının səsi gəlirdi.Yenə anasına nəyisə sübut etməyə çalışır,əsib coşurdu.Qız yerindən qalxıb səs gələn qapıya yaxınlaşdı,qapını azca araladı.Atası yemək mizinin arxasında oturub anasının onun qabağına qoyduğu yeməyi qaşıqla qarışdırır,deyinirdi:- Bu yeməyi itin qabağına qoysan,it də yeməz, sən necə arvadsan,səni mənə calayana min lənət!
Anası boynunu büküb dayanmışdı,cavab vermirdi,bilirdi ki,bircə kəlmə desə qiyamət qopacaq.Yeməyi axıra qədər yedi,sonra hirslə boşqabı necə itələdisə,mizin kənarında bənd alan qab az qaldı ki,düşüb sınsın.Yerindən yelli qalxıb qapının küncündəki asılqandan həsir papağını götürüb qapını var gücüylə çırpdı.Anası aralı qapıdan böyümüş,qorxaq baxışlarla baxan Leylanı indi gördü.Köksünü dərindən ötürüb,uşağa yaxınlaşdı,qucağına götürüb ağlamsınan qızının fikrini ərinin bayaqkı dava- dalaşından,mubahisəsindən yayındırmağa çalışdı:- Leyla,gəlinciyinə təzə paltar tikəkmi,o gün deyirdin köhnəlib paltarı.
Qız başını buladı,anasının yaşarmış gözlərinin içinə baxdı:- O yenə niyə qışqırırdı?
Sayad qızın sualını eşitməməzliyə vurub,onu yan otağa tərəf çəkdi:-Gəl,Leylaya paltar tikək.Leyla gəlinciyə öz adını qoymuşdu” bu mənəm,mənə oxşayır,qoy Leyla olsun adı”- deyirdi.Sayad kəsik- sökük parçalardan tikdiyi paltarı geyindirdiyi gəlinciyi Leylanın qucağına qoyub gəlinciyi sevələdi,həmişə qızına oxuduğu mahnını oxudu:
-Allı güllü Leyla,şirin dilli Leyla..
Alagözlü,gülyanaqlı,Leylam.
Sayad bu evə gəlin gələndə on səkkiz yaşı təzəcə tamam olmuşdu.Əri onlarla qonşu kənddən idi,bacısı Sayadgilin kəndinə gəlin gəlmişdi,qonşuydular.Kərim də onu bacısıgilə görüb bəyənmişdi.Kərimin də yaşı çox deyildi,orta məktəbi təzəcə bitirmişdi,yaxın günlərdə hərbi xidmətə çağırılacaqdı.O,son vaxtlar bacısıgilə tez- tez gəlməyə başlamışdı.Bir dəfə bacısı Sayada Kərimin ondan xoşu gəldiyini,əsgərlikdən qayıtdıqdan sonra,razı olarsa onunla evlənmək istədiyini dedi.Sayad qırmızı yanaqlı,qız kimi yaraşıqlı bu oğlana biganə deyildi,onun da ürəyində bu zarafatcıl,üzügülər oğlana rəğbət,sevgi yaranırdı yavaş- yavaş.
Çox çəkmədi ki,Kərimi hərbi xidmətə çağırdılar.Sayad Kərimlə görüşdü,əhd- peyman bağladılar ki,əsgərlikdən qayıdan kimi nişanlanıb toy hazırlığına başlayacaqlar.
Kərimidən tez- tez məktublar gəlirdi,bacısının adına yazdığı məktubları o,imkan tapan kimi Sayada ötürürdü.Bütün məktubları şeirlə başlayıb,qurtarırdı,həmişə də məktubların arasına ya çiçək ləçəyi,ya yovşan qoyardı.Məktubları çox şairanə yazırdı,qız oxuduqca ürəyində heç vaxt yaşamadağı hisslər yaranmağa başlayırdı.
Sayadın anası o doğulanda dünyasını dəyişdiyindən özündən üç yaş böyük qardaşıyla anadan yetim qalmışdılar .Atasının heç bir il çəkməmiş evləndiyi ögey anaları dalbadal beş uşaq doğmuşdu.Ögey bacı qardaşları böyüdükcə Sayadla qardaşı onların yerini dar eləyirdilər.Atası üzüyumşaq,mülayim adam olduğundan arvadına söz deyə bilmirdi.
Bir dəfə yenə nəyə görəsə Sayada acıqlananda əlindəki qaynar su olan qabı Sayadın üzünə atmışdı.Xoşbəxtlikdən qızın üzündə ləkə,yanıq izi qalmadı,Amma bu hadisədən sonra daha o evdə qala bilmədi,qardaşıyla onlarla eyni kənddə yaşayan əmisigilə pənah apardı.
Əmisi arvadı qardaşıyla Sayadı şox istəyirdi,onları öz uşaqlarından seçmirdi. Evlərindən əmisigilə gələndə Sayadın on beş yaşı vardı.Atası,analığı onun dalınca gəlib evə qaytarmaq üçün nə qədər dil tökdülərsə,Sayad evlərinə qayıtmadı.
Kərim hərbi xidmətdən qayıdan kimi, bacısıgildə görüşdülər,onunla evlənmək fikri qətiydi,amma bir şərtlə: elçi göndərə bilməyəcək,atası onun bu tezliklə evlənməyini istəmir,gərək qoşulub qaçaydı.
Sayad tərəddüd etmədən,heç fikirləşmədən razılaşdı,Kərimi sevirdi,onun bütün şərtlərini qəbul etməyə hazırıydı.Heç bir ay çəkməmiş o,Kərimə qoşulub qaçdı.Kərimin atası əvvəl daş atıb başını tutsa da sonunda oğlunun ondan izinsiz bu addımı atmasıyla barışıb toy çaldırmaqdan başqa çarəsi qalmadı.Qızı doğulana qədər çox mehribanıydılar,Kərim onun bir sözünü iki eləmirdi.Kasıb yaşasalar da,xoşbəxt idi.Kərimin özündən böyük iki qardaşı evlənib kənddə özlərinə ev -eşik tikib ayrı yaşayırdılar.Kərim evin kiçiyi olduğundan ata- anası da onlarla yaşayırdılar.
İllər keçdikcə Kərimi sanki yenidən kəşf edirdi.Onun tanıdığı gülərüzlü, qayğıkeş,ailəcanıı əri getdikcə dəyişib laqeyd,soyuqqanlı,qəddar bir insana çevrilirdi.İkinci qızı doğulandan sonra Sayadın günü göy əsgiyə büküldü.Kərim hər gün evə içib gəlir,hər dəfə bir şeyi bəhanə edib dava salırdı.Əvvəllər Sayadı acılasa da ona əl qaldırmazdı,indi nə qədər onun qabağınca qaçıb,cavabını qaytarmasa da,yenə döyülüb söyülürdü.Son vaxtlar Kərim bəzən gecə də evə gəlmirdi.Çox vaxt evdən ona hazırlatdığı,içinə öz zəhmətilə ərsəyə gətirdiyi evin bütün ruzisini yığdırdığı səbətlə iki- üç gün yoxa çıxırdı.Qulağına ordan- burdan çatan söhbətlərə görə rayon mərkəzində mağazada satıcı işləyən bir qızla çox görürdülər onu.
Hər dəfə hardasa gecələyib evə qayıdanda Sayadın gözünün altındakı göylərin,sıyrıqların sayı artırdı. Bütün bunlar balaca Leylanın gözləri önündə baş verirdi.
Atası anasını döyəndə qız qorxusundan qaçıb çarpayının altına girər,ya da qulaqlarını tutub bir küncə sıxılardı.Kərim ata- anasını da saya salmırdı,ona nə qədər nəsihət etsələr də faydası yoxuydu.Evdən geyinib çıxmağa hazırlaşan Kərim Sayadın ütüləyib əlində tutduğu köynəyi alıb o üz bu üzünə çevirib bağırdı:-sənə bunu demişdim,fikrin hardadı sənin - deyib köynəyi Sayadın boğazına keçirib sıxmağa başladı.Anasının səsinə oyanan Leyla yatağından qalxıb səs gələn otağa keçdi,Anası atasının əlindən çıxmağa çalışırdı,rəngi gömğöy göyərmişdi,xırıltılı səsi getdıksə eşidilməz olurdu.Qız çığırıb anasına tərəf yüyürdü,atasının qıçlarını qucaqlayıb,ona mane olmağa çalışırdı.Kərim Sayadı buraxıb qızına tərəf dönəndə Leyla huşunu itirib yerə yıxıldı.O gündən sonra Leylada tez- tez qıcolmalar,bayılma özünü göstərməyə başladı.
Leyla on altı yaşına çatanda Kərim ” qız uçağı adını yaza bildi,bəsidi,oxuyub alim olmayacaq ki” deyib onu məktəbə getməyə qoymadı.Evdə son sözü o deyirdi,ona görə də onun bu qərarına etiraz edən olmadı.Mütənasib bədəni,gur qara saçları,anasınınkı kimi ala gözlərilə Leyla kəndin ən gözəgəlimli,yaraşıqlı qızlarından birinə çevrilmişdi.Onu istəyənlərin,qapılarına elçi göndərmək istəyənlərin sayı hər gün artırdı.Sayad qızının tez ailə qurmağına razı deyildi,İstəmirdi ki,Leyla da onun kimi təhsilsiz ev qadını olub qalsın,qızını savadlı,oxumuş görmək istəyirdi.Amma Kərim Leylanı məktəbdən çıxarandan sonra qızıyla bağlı bu arzuları elə ürəyindəcə gömülmüşdü.
Leyla böyüyəndən bəri Sayadın da yükü bir az yüngülləşmişdi,qızı hayına çatırdı.Ev işlərindən demək olar ki,xəbəri olmurdu.
Kərim növbəti dəfə qızını istəməyə gələnlərə yox deyə bilmədi,çünki uzaqdan uzağa onlara qohumluğu çatan bu dəfəki elçilər çox adlı sanlı tanınmış bir ailəydilər.Leyladan on iki yaş böyük olan oğlan onu kənddə hansısa qohumun toyunda görmüşdü.
Sayadın,nə də Leylanın fikrini soruşan olmadı,gələnlər Leylanın barmağına üzük taxıb toy gününü təyin etdilər.Toyu bir ay sonraya,payızın ilk ayında etməyə qərar verdilər.Leylanın yaşı az olduğundan rəsmi kəbin,filan da olmayacaqdı.Dilli,dilavər qaynana:-hələlik dini nigah kəsdirərik,yaşı çatanda kəbin də olar.
Sentyabr ayının ilk həftəsiydi,Leylagilin həyətində toy çadırı qurulmuşdu.Qadın müğənninin oxuduğu şən mahnılar toya gələnlərin sümüyünə düşürdü,oynayanlar bir- birinə macal vermirdilər.Oğlan evi yol uzaq olduğundan gəlini də özləriylə aparmalıydılar.Ağ gəlinlik paltarı,bəzək- düzəyi Leylanın gözəlliyini daha da üzə çıxarmışdı.Yanaqları allanmışdı,anasıyla görüşüb ayrılanda gözlərindən yanağına iki damla axdı.Sayad qızını daha da kövrəltməmək üçün özünü toxdaq saxlayırdı,Leylaya:- tez -tez gələcəyəm yanına, məndən nigaran qalma,bir az keçsin qonaq çağıracağam sizi.
İki gün sonra şəhərdə oğlan toyu oldu.
Toyun sonlarına yaxınlaşdıqca ürəyi tez tez döyünürdü,halsızlıq,başgicəllənməsi qızı əldən salsa da özünü ələ almağa çalışır,” yəqin həyəcandandır,keçib gedəcək” deyə özünə təskinlik verirdi.Leylanın ağlına da gəlməzdi ki,çox qızların yaddaşında həmişə xoş xatirə kimi saxladıqları zifaf gecəsi onun həyatını alt-üst edəcək: Əri Leylaya yaxınlaşmaq istəyəndə Leylanın bədəni yığışıb qıc olurdu,dişləri kilidlənir,qol qıçı bərkiyib taxtaya dönürdü...
Bu,bir ay belə davam etdi,əvvəllər hamı” yol yorğunluğundan,həyəcandandır ,keçib gedər” deyə ümid edirdilərsə,günlər keçdikcə buna hansısa bir xəstəliyin səbəb olduğunu dilinə gətirənlərin də sayı çoxalırdı.Leylanı həkimə aparmağa qərar verən qaynanasının xəstəxnadan qayıdandan üzü dönmüşdü,onula demək olar ki danışmırdı.İlk günlər onula çox mehriban davranan əri də anası nə demışdisə,indi onunla ağızucu danışır, yatağa girəndə üzünü divara çevirib yatırdı.Qaynanası telefonda kiminləsə astadan danışırdı,Leyla onun danışdıqlarından bəzi sözləri güclə eşidə bildi:- həkim deyir ki,qızlarda çox nadir rast gəlinən xəstəlikdir,uşaqlıqda qorxu,stress keçirənlərdə olur bu xəstəlik,sağalma şansı çox azdır,demək olar ki,müalicəsi yoxdur.
Eşitdiklərindən özünə gələ bilmirdi,ürəyində “ demək belə, buna görəymiş “ deyə aramsız təkrarlayırdı.Atasının xasiyyətini bilirdi,dəfələrlə eşitmişdi, kiminsə qızı ər evindən atası evinə qayıdanda” qız atası evindən çıxdı,biryolluq çıxmalıdı,qayıtsa,meyidi qayıtmalıdır” deyirdi həmişə.Bundan sonra necə yaşayacaqdı,kimə arxalanacqdı,dibi görünməyən uçruma yuvarlanırdı.Onun nə irəliyə,nə də geriyə yolu qalmamışdı.Atası evində onu nələr gözlədiyini bilirdi,ona görə atası anasının da gününü qara edəcəkdi.Heç kimə lazım deyildi,daha.Cəmi on altı yaşı vardı,onu uşaqlığından,anasından ayırıb oda atmışdı atası.İndi onu düşdüyü yerdən qaldıran,əlini uzadan kimsə yoxuydu.Nə qədər fikirləşirdisə,bir tutalqa tapmırdı,o dəhşətli sözləri eşitməyindən iki gün keçirdi.Leylaya elə gəlirdi ki,atası evindən bir ay deyil,illərdir ki,çıxıb.Hər gün bir il kimi keçirdi,özünü həbsxana divarları arasındaymış kimi hiss edirdi.Getdikcə düşünmək qabiliyyətini itiridi,fikirləşməkdən beyni dumanlanır,başında güclü ağrılar hiss edirdi...
O,qətiyyətlə ayağa qalxdı,ətrafına göz gəzdirdi,evdə hər şeyə,güzgülərə,mebellərin
onun gəlin otağının qapısına bağlanmış qırmızı lentlər hələ açılmamışdı.
Qaynanası yuxusuzluqdan şikayətlənirdi,onun hər gün yatmamışdan qabaq içdiyi yuxu dərmanını qoyduğu yerdən götürdü, həblərin hamısını stəkana tökdüyü suya qarışdırıb əlində saxladı.Anasını düşündü,gözləri doldu,sonra “ məni hər gün görüb ölüb- diriləcək,ölsəm bir dəfə ağlayacaq,zamanla unudacaq,qoy belə olsun” düşünüb stəkanı başına çəkdi.....
Həyətdə yas çadırı qurulmuşdu,yasa gələnlər qapının ağzında dayanan Kərimə baş sağlığı verib gedirdilər.İçəridən qırmızı ipəyə bükülmüş Leylanın meyidini qucaqlayıb ağı deyən Sayadın ürəkləri parçalayan naləsi eşidilirdi:
Allı,güllü,Leylam,sirin dilli Leylam,
Alagözlü,qarabəxtli Leylam...
Sara İbrahim.