Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib

 Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib


Newscenter.az.14.02.2019. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şirvan RMİ-nin xidməti ərazisinə aid olan Füzuli rayonunda “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, fəaliyyət istiqamətləri və qanunvericiliyə edilmiş əlavə və dəyişiliklər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Xidmətdən Newscenter.az-a bildirilib ki, tədbirdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər, təhsil işçiləri, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələri, idarə və müəssisə rəhbərləri, KİV, hüquq-mühafizə orqanları əməkdaşları, o cümlədən RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşlarından ibarət 90 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə Füzuli rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Ramiz Behbudov açıq elan etdikdən sonra, Şirvan regional miqrasiya idarəsinin rəis müavini Şəmsəddin Məmmədov geniş məruzə ilə çıxış edib.

Maarifləndirmə tədbirində Dövlət Miqrasiya Xidməti tərəfindən son zamanlar həyata keçirilən yeniliklər, qanunvericilikdə olan dəyişikliklər barədə məlumat verilib, yeni istifadəyə verilmiş mobil tətbiq “MİGAZ”ın funksiyaları, istifadə qaydaları və üstünlükləri tədbir iştirakçılarına geniş izah olunub.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş