Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb

Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb


Newscenter.az.14.02.2019. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, memorandum kadr potensilaının gücləndirilməsi, dövlət qulluğu sistemində çalışan gənc kadrların ixtisasının artırılması üzrə qısamüddətli ixtisastırma kurslarının təşkili, dövlət idarəetməsi sahəsində təhsil alan gənc kardların könüllülük proqramlarında iştirakını, praktik təcrübə əldə etmələrini dəstəkləmək və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir.

Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, ölkədə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq atılan önəmli addımlardan biridir.
Xəbəri paylaş