Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?

İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?


Newscenter.az.15.02.2019. Erməmistan mətbuatı yazır ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşündə liderlərin ABŞ-da görüşü planlaşdırılacaq. Newscenter.az xəbər verir ki. bu barədə məlumatı polıtoloq Məhəmməd Əsədullazadə veib. O, bildirib ki, bu erməni mətbuatınln dezinformasiyasıdır:

“Məqsəd Nikol Paşinyana qarşı Qarabağ klanının təzyiqlərini artırmaqdır”. Politioloq deyib ki, ABŞ və Rusiya münaqişənin həllində ortaq mövqeyə malikdir: “XİN rəhbərlərinin görüşü Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun iştirakı ilə keçiriləcək. Lavrovun iştirakı ilə keçirilən bu danışıqlarda ABŞ-da görüşün planlaşdırılması qeyri-mümkündür. Çünki Rusiya daima ABŞ-ın əsas vasitəçiliyinin qarşısını alıb”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü Rusiyada keçirilə bilər: “Bu görüş də nəticəsiz qalacaq. İlk növbədə rəsmi Bakı, ABŞ və Avropa İttifaqı ilə təmasları inkişaf etdirib, hərbi təzyiqi bir neçə aydan sonra bərpa etməlidir”.
Xəbəri paylaş