Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstriya ilə dəmir yolu sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Avstriya ilə dəmir yolu sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Newscenter.az.18.02.2019
. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Newscenter.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlər başlıca vəzifələrdən biridir. Natiq sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə 2017-ci ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

“Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Matte çıxış edərək bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində maraqlıyıq.

Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Prezidenti Gerald Gerstbauer iştirak edib.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Xəbəri paylaş