Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yas məclisləri ilə bağlı cəmiyyətimizdə ciddi problemlər var

 Yas məclisləri ilə bağlı cəmiyyətimizdə ciddi problemlər var


Newscenter.az.18.02.2019. “Bu gün yas məclisləri ilə bağlı cəmiyyətimizdə ciddi problemlər var. Bu problemlər o qədər böyükdür ki, insanlar hamısı bu məsələnin tənzimlənməsini istəyirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki. bir çox insanlar yas məclislərinə gələnlərin davranışlarından şikayətlənirlər:

“Digər qrup insanlar yas məclislərində məclisi idarə edəcək şəxsin idarəçilik səviyyəsinin olmamasından şikayət edirlər. Çünki, bu məsələdə insanlar təbəqələrə bölünür. Məsələn, elələri var ki, yas məclisinə normal elmi, savadı olan bir ilahiyyatçının dəvət olunması və onun söhbət aparmasını istəyirlər. Eləsi var ki, ümumiyyətlə dinə aid heç nəyi dinləmək istəmir və yalnız Quranı ərəbcə oxumağı tövsiyə edir, tərcüməyə ehtiyacı olmadığını bildirir. Bizi isə suallar qarşısında qoyurlar. Bu suallar ümumi cəmiyyətin hər bir fərdinin özünə yönləndirməli olduğu sualdır. Dünyasını dəyişən yaxınım üçün etdiyim bu qədər işlərin, mal-qara kəsib yemək bişirib minlərlə insanı yedirmək, ən bahlı baş daşlarına çəkilən xərclər və.s.in doğrudanmı dünyasını dəyişən bir yaxınımıza faydası varmı? Bu vaxta qədər din xadimləri bütün bunların və hətta Quran oxuyub ölüyə bağışlamağın və.s. ölüyə fayda vercəyini deyərək hələ də yas məclislərinin israfının çoxalmasına səbəb olurlar. Biz isə şəriət mətnlərinə baxdıqda görürük ki, bütün bunları Allah təala yaxşılıq olaraq qəbul edə də bilər, etməyə də. Ancaq şəriəti heçə sayan insanlar isə bütün bunların boş, puç olduğunu və ölüyə faydası olmadığını deyirlər. Biz indi israfa davam edəkmi? Yoxsa bu məsələnin yenidən gündəmə gəlməsinə və hətta müzakirə edilməsinə, israfşlığın qarşısının alınmasına çalışaq?”.
Xəbəri paylaş