Newscenter.az.19.02.2019. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Fevralın 19-dan 20-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.