Newscenter.az.19.02.2019. Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
X X x
Dövlət başçısının digər sərəncamı əsasında Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.