Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın mərkəzində yüzlərlə soydaşımız Dilqəm və Şahbaza azadlıq tələb edəcək

Avropanın mərkəzində yüzlərlə soydaşımız Dilqəm və Şahbaza azadlıq tələb edəcək


Newscenter.az.22.02.2019.
20-dən çox ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə fevralın 23-də yerli vaxtla saat 1400-1600 arasında Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Newscenter.az xəbər verir ki, aksiyada əksər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Avropadan kənarda yaşayan yüzlərlə soydaşımızın, eləcə də Azərbaycana dost mü­na­si­bəti bəsləyən xalqların diaspor üzvlərinin iştirakı gözlənilir.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə “Qarabağa qayıtmaq istəyirik”, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır” və s. şüarlar ilə Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediləcək, Dilqəm və Şahbaza azadlıq tələb olunacaq.

Eyni zamanda, aksiya zamanı minlərlə yerli şəhər sakinlərinə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri, Dilqəm və Şahbaza işgəncələrin verilməsini özündə əks etdirən broşürlər paylanılacaq.
Xəbəri paylaş