Newscenter.az.22.02.2019. İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 25 fevral - 1 mart tarixində Çin Xalq Respublikasında səfərdə olacaq.
Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində həmçinin, rəsmi şəxslər və aparıcı şirkətlərin rəhbərləri ilə görüşəcəkd