Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

 AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Newscenter.az.22.02.2019.
Fevralın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalıq Yahudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbiçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 Xocalı sakininin vəhşicəsinə qətlə yetirdiklərini deyib.
AzTU-nun İctimai fənlər kafedrasının professoru Qabil Hüseynli faciənin tarixi və siyasi aspektlərinə diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb.

Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar Əliməmmədov və Xocalı sakini Mürvət Məmmədov XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən zorakılıqlardan, cinayətlərdən danışıblar.
Xəbəri paylaş