Newscenter.az.22.02.2019. Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə Xocalı faciəsi qurbanlarının anım tədbiri keçiriləcək.
Bu barədə məlumatı Newscenter.az-a cəmiyyətin sədri Səfər Sadiqi verib. Bildirib ki, anım tədbiri fevralın 24-də Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzində baş tutacaq. Anım tədbiri zamanı erməni vandallarının 1992-ci ilin fevralında Xocalıda törətdikləri vəhşiliklərdən bəhs ediləcək, faciəni əks etdirən fotolar nümayiş olunacaq.