Newscenter.az.22.02.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda və regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Bakı şəhəri Nərimanov rayonu 207 saylı, Sumqayıt şəhəri 11 saylı və Qazax rayonu 4 saylı tam orta məktəbdə keçirilib.
Newscenter.az xəbər verir ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilər arasında sağlam qidalanma və qida təhlükəsizliyi anlayışı təbliğ edilir, həmçinin şagirdlərə qida təhlükəsizliyi vərdişləri aşılanır. Bu məqsədlə tədbirlərdə Agentliyin mütəxəssisləri tərəfindən şagirdlərə təhlükəsiz qidalanma haqqında məlumat verilib, Agentliyin hazırladığı video-çarxlar təqdim olunub. “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Onlara şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma və balıq ətindən istifadənin faydası barədə məlumat verilib.
Sonda Agentliyin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.