Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Söz azadlığı yoxdur deyənlər çox böyük səhv edirlər

 Söz azadlığı yoxdur deyənlər çox böyük səhv edirlər


Newscenter.az.1.03.2019. “Gözəl məmləkətdə yaşayırıq. Əsasən də söz azadlığı baxımından bəxtimiz gətirib. Kim nə istəyir yazır. Kim nə istəyir deyir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, söz azadlığı yoxdur deyənlər çox böyük səhv edirlər:

“Necə azadlıqlar yoxdur ki, böyük bir təhsil ocağının rəhbəri, eyni zamanda YAP-ın üzvü olan birisi iqtidara qarşı radikal müxalifətdə duran şəxsə təriflər yağdırır, ona mübarizəsində uğurlar arzulayır, haqq nazilər, amma üzülməz deyir. Amma yenə də öz işində işləyir. Digər ali təhsil müəsisəsində rəhbər vəzifədə çalışan, YAP-ın üzvü olan birisi yenə də müxalifətin ünlü isimlərinin paylaşımlarını sevə sevə “layk” edir. Ona güldən artıq söz deyən olmur. Ay nadanlar bəs demokratiya necə olur?. Bax budur əsl demokratiya”.
Xəbəri paylaş