Newscenter.az.9.03.2019. Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində ənənəvi olaraq Bahar iməcliyi keçirilib.
Newscenter.az xəbər verir ki, DTX-nin rəhbər işçilərinin, əməkdaşlarının və kursantlarının iştirakı ilə keçirilən iməclik DTX-nin İstirahət mərkəzinin bütün ərazisini əhatə edib, abadlıq və təmizlik işləri aparılıb. Sahil boyu toplanan tullantılar, o cümlədən küləyin gətirdiyi sellofan, kağız parçaları və ətraf mühitə ziyanlı digər qalıqlar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. Ərazi quru otlardan təmizlənib, ağaclara qulluq göstərilib, onların dibi açılıb, qurumuş budaqlar budanıb.
Belə aksiyalar ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edilməlidir ki, bu il mart ayının 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.