Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Hava Limanında bomba həyəcanı, təyyarə məcbur eniş etdi

Bakı Hava Limanında bomba həyəcanı, təyyarə məcbur eniş etdi


Newscenter.az.11.03.2019. “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
Bu barədə Femida.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib",-deyə məlumatda vurğulanır.
Xəbəri paylaş