Bu yolda təhlükəsizlik sədləri təmir olunur
Tarix: 11-03-2019, 12:59
Newscenter.az.11.03.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-50-ci km hissəsində, qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.