Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb


Newscenter.az.11.03.2019. Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.

Newscenter.az xəbər verir ki, Müdafiə Nazirliyi ilə imzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli mənəvi dəyərlərimiz rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyətin “Şəhadət” filminə baxışı təşkil olunub.
Xəbəri paylaş