Newscenter.az.11.03.2019. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə martın 15-də “Partners & Business” sərgi-konferansı keçiriləcək.
Bu barədə məlumat Newscenter.az-a Konfederasiyadan daxil olub. Bildirilib ki, sərgidə 100-dən artıq yerli şirkətlərin tanıtım sərgisi, B2B Görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgini ziyarət etmək ödənişsizdir.
Həmçinin həmin gün 600-ə qədər sahibkarın iştirakı ilə sərgi-konfrans baş tutacaq. Sərgi-konfransda dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.