Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın danışıqlar formatını dəyişdirməsi istəyi baş tutmadı

Paşinyanın danışıqlar formatını dəyişdirməsi istəyi baş tutmadı


Newscenter.az.11.03.2019. “Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar formatını dəyişdirməsi istəyi baş tutmadı, Azərbaycanla yanaşı Avropa Birliyi və həmsədrlər də bunun əleyhinə çıxdılar”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, ancaq bunu böyük uğur kimi qələmə verməyin əleyhinəyəm:

“Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sərkisyan formatın dəyişdirilməsini tələb etmirdilər, məgər bunun danışıqlara müsbət təsiri var idimi? Paşinyan sadəcə bir az vaxtı uzatdı, danışıqlara qatılacaq, ancaq 25 ildəki kimi nəticə olmayacaq”.
Xəbəri paylaş