Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib

“Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib


Newscenter.az.11.03.2019. Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin tərəfdaşlığı ilə Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə peşəkar gənc kadrların formalaşmasına dəstək olacaq “Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib.

Newscenter.az xəbər verir ki, layihənin ilk təlimçisi ABŞ-ın Vaşinqton Universitetinin magistr pilləsi üzrə məzunu, daha sonra həmin universitetdə investisiyaların cəlb edilməsi üzrə mütəxəssiz kimi çalışmış və hazırda UNEC Biznes Məktəbinin sahibkarlıq fənni üzrə müəllimi Nərmin İbrahimova olmuşdur. Layihənin ikinci təlimçisi isə Yunus Sosial Biznes Mərkəzinin direktoru, Human Foundation təsisçisi, UNEC Biznes Məktəbinin kiçik və orta sahibkarlığın idarəedilməsi müəllimi, One Young World səfiri, sosial sahibkar Fəridə Əsgərzadə olmuşdur.

Layihənin əsas məqsədi bu təlimlər müddətində gənclərin biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi, biznes ideyanın seçilməsindəki əsas meyarlar və marketinq araşdırmasında metodologiyaları haqqında nəzəri biliklərə yiyələnməsi olmuşdur.

Təşkil olunan “Sahibkarlığın əsasları” layihəsində iştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr apararaq iqtisadi analiz bacarıqlarını göstərmək üçün imkan qazanıblar.
Xəbəri paylaş