Newscenter.az.11.03.2019. Salyan rayonunda gənc qadın intihar edib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Günel İsmayıl qızı Tağıyeva özünü yaşadığı evin həyətindəki yarımtikilidə asaraq öldürüb. Ailəli olan gənc qadının hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.