Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana gedib
Tarix: 11-03-2019, 15:36
Newscenter.az.11.03.2019. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstana səfərə gedib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, səfər Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə baş tutub.