Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın milli maraqlara söykənən siyasəti Rusiyanı hərəkətə gətirib

 Azərbaycanın milli maraqlara söykənən siyasəti Rusiyanı hərəkətə gətirib


Newscenter.az.13.03.2019. “Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməsi, Brüssellə gözlənilən çərçivə sazişinin imzalanması fonunda Moskvanın ölkəmizə qarşı təzyiqlərini görürük. Ölkəmizin Kremlin planlarında yer almaması, KTMT və Avrasiya İttifaqına üzvlük məsələsini birdəfəlik gündəmdən çıxarması, milli maraqlara söykənən siyasətin bundan sonra yeni dünya nizamına uyğun həyata keçirilməsi barədə prezident İlham Əliyevin mesajı Moskvanı hərəkətə gətirib”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ölkəmizin Rusiya ilə silah alışında fasilə yaranıb:

“Çünki, bu müqavilənin müəyyən bəndləri Rusiyanın şərtlərindən ibarətdir. Rusiya Azərbaycanın kifayət qədər silah arsenalında olan silahların yeni partiyasını satmaq istəyir. Haqlı olaraq rəsmi Bakı buna etiraz edir”.

Politoloq deyib ki, son günlərdə cənubdan ölkəmizə qarşı təxribatlar məhz şimaldan qaynaqlanır: “Rusiyanın Qazprom şirkəti ilə Gürcüstan arasında danışıqlar da müsbət yekunlaşdı. Bu, o deməkdir ki, Rusiya Azərbaycana təzyiq edərək müəyyən imtiyazlar qazanmaq istəyir. Qeyd edim ki, Azərbaycanın TANAP və TAP qaz boru kəməri Rusiyanın Avropanın qaz bazarında alternatividi. Bir tərəfdən Rusiyanın "Şimal-2" qaz kəmərinə sanksiyalar gündəmə gəlib. Moskvanın ölkəmizə qarşı bu cəhdləri uğursuz olacaq. Türkiyə və ABŞ mütləq şəkildə Rusiyanın bu təzyiqlərini ölkəmizə qarşı cilovlayacaq”.
Xəbəri paylaş