Newscenter.az.13.03.2019. Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransa Respublikasında səfərdə olub. Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.
Sonra tərəflərin geniş tərkibli iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasim zamanı Bakı metropoliteninə dair iki mühüm sənəd də imzalanıb. “Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.