Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Övladlarımıza düşmənsiz Azərbaycan miras qoyaq

Övladlarımıza düşmənsiz Azərbaycan miras qoyaq


Newscenter.az.13.03.2019. “Ermənistan hakimiyyəti Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bu diplomatiya baxımından onların kobud səhvi idi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Mehriban Sadıqova səsləndirib. O, bildirib ki, Ermənistan hakimiyyəti bu addımla Qarabağı işğal etmiş olduqlarını bəyan etmiş oldu:

“Bilərəkdən və ya bilməyərəkdən bu çox böyük siyasi səhv idi. Əslində onların məqsədi " biz bu torpaqları geri qaytarmayacayıq" fikrini Qarabağ ermənilərinə aşındırmaq idi. Mənfur qonşularımız bizə göz dağı olsun deyə , həmin ərazilərdə yollar salır , evlər inşa edirlər. Onların aləmində bu faktlar " bizi ruhdan düşməyə vadar edəcək" kimi hesablanır. Amma , başa düşə bilmirlər ki, torpaqların bir qarışını da onlara verməyəcəyik”.

Partiya rəsmisi deyib ki, Qarabağ mövzusu bir neçə məmurun beyin düşüncələrinin məhsulu yox, bütün siyasi və ictimai qüvvələrin , düşüncə adamlarının birgə müzakirəsinə çevrilməlidir:

“Bu işdə isə moderator dövlət olmalıdır. Qarabağın taleyi , ölkənin gələcəyi üçün məsuliyyət daşımaq istəyən bütün qüvvələr düşündüklərini səsləndirməlidirlər. Özümüzü aldatmaqdan çəkinək , övladlarımıza düşmənsiz Azərbaycan miras qoyaq. Və yaddan çıxarmayaq ki, mənfur qonşularımızın həyasızlığının və şərəfsizliyinin cavabını ən yüksək təqdirdə Azərbaycan Ordusu və əsgəri verməyə qadirdir”.
Xəbəri paylaş