Newscenter.az.13.03.2019. İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də Azərbaycana səfərə gələcək.
Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcəkdi