Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

 Ağdamda ikigünlük seminar-müşavirə keçirilib


Newscenter.az.15.03.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Newscenter.az-a Komitədən bildirilib ki, tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, xalqımız öz milli-mənəvi, dini dəyərlərini əsrlərboyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə diqqət və qayğı göstərilib. Səyyad Salahlı qeyd edib ki, dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsidir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur.
Xəbəri paylaş