Newscenter.az.15.03.2019. 16 və 17 mart tarixlərində (şənbə və bazar) Heydər Əliyev prospektində Hava limanı istiqamətində “Buta Palas”a çatmamış Socar yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan ərazidə təmir işləri aparılacaq.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bununla əlaqədar olaraq həmin hissədə təmir işlərinin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən tarixlərdə həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanları tələblərinə əməl etmələri xahiş olunur.