Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib

 Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib


Newscenter.az.15.03.2019. Martın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsi Sumqayıt şəhəri Yeni Azərbaycan Partiyasının inzibati binasında “Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda ticarət şəbəkələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirib. Newscenter.az-a AQTA-dan bildirilib ki, görüşdə Agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları da iştirak edib.

Görüşdə ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimlənməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbyacan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradıldığı vurğulanıb.

Daha “Ticarət şəbəkələrində aparılmış yoxlamaların nəticəsində aşkarlanmış uyğunsuzluqlar və mövcud olan problemlərin həlli yolları” mövzusunda təqdimat iştirakçılara təqdim olunub, AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş