Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir

Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir


Newscenter.az.18.03.2019. “Ölkədə son aylarda həyata keçirilən mühüm dəyişikliklər, xüsusilə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlik addımlar, o cümlədən, vergi və gömrük sahələrində aparılann islahatlar cəmiyyətdə rəğbətlə qarşılanıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əliabbas Məhərrəmli səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyevin əhalinin problemli kreditlərinin həllinə dair sərəncamı isə bu rəğbəti daha da gücləndirmişdi:

“Dövlət başçısının və 1-ci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə verdikləri davamlı qərarlar əhalidə müsbət dəyişikliklərin dönməzliyini qənaətini yaradıb”.

O, qeyd edib ki, prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı isə nəzərdə tutulan məhbuslara və onların doğmalarına ən böyük hədiyyə oldu:

“Əfv sərəncamının şamil olunduğu yüzlərlə məhbusun ailəsi üçün bu müjdə bəlkə də həyatlarının ən xoş xəbərinə çevrildi. Əfv sərəncamının onlarla müxalifətçiyə şamil edilməsi də göstərdi ki, prezident özünün hümanist siyasətində siyasi baxışlara görə ayrı-seçkiliyə yol vermir. O baxımdan, dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməli və alqışlanmalıdır”.
Xəbəri paylaş