Newscenter.az.18.03.2019. “Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır. Korrupsioner, xalqını sevməyən biri olub”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki. Əli İnsanov təmsil olunduğu komandaya xəyanət edib, cəzasını alıb:
“O, hikkəli və öz ambissiyalarını güdən biridir. Onun heç bir haqqı yoxdur, siyasi müxalifətdə təmsil olunsun. Onun hakmiyyətlə öz qərəzi və kini var. Şəxsi işidir, özü bilər”.